Xəzər Xəbər

Premyer Liqada say dəyişməyəcək: “Keşlə” elitada qaldı!

İdman | 17:23 • 10 May 2019
Premyer Liqada say dəyişməyəcək:

Premyer Liqanın yeni mövsümündə də 8 komanda mübarizə aparacaq. AFFA rəsmən açıqlamasa da, tezliklə bu barədə qərarı eşidəcəksiz.


Futbolinfo.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, elitada klub sayını artırmaq mümkün olmayıb. Futbol təsərrüfatımızın başbilənləri nə maliyyə mənbəyi, nə də bütün tələblərə cavab verən iştirakçı tapmağı bacarıb. Ölkə futbolu o qədər bərbad haldadı ki, divizion klublarından heç biri minimum tələblərə cavab vermir.


Lisenziya üçün müraciət edən yeganə aşağı dəstə təmsilçisi "Turan Tovuz”un stadionu yarışa hazır deyil. Premyer Liqaya gətirilməsi planlaşdırılan "Kəpəz”in məsələsi isə yerli icra hakimiyyətinin qərarına görə həllini tapmayıb – onlar kluba dəstək verməkdən imtina edib. Divizionun qalibi adını rəsmiləşdirən MOİK-in məsələsi də müxtəlif səbəblərdən alınmayıb. AFFA sonuncu pillənin sahibi "Keşlə”yə ayırdığı pulun bir hissəsini "hərbçilər”ə yönəltməyi düşünüb, lakin klub rəhbərliyi idarəçiliyi bölüşmədiyindən bu variant reallaşmayıb.


Bütün bunları nəzərə alan AFFA indiki tərkibi saxlamağı, "Keşlə”yə yenidən Premyer Liqada oynamağa şərait yaratmağı lazım bilib. Lakin bütün büdcəsi assosiasiyadan təmin edilən paytaxt klubunun işinə müdaxilə olacaq və Müşahidə Şurasının sədri Zaur Axundov bununla razılaşıb. Böyük büdcəni düzgün xərcləmədiyi üçün dili qısa olan klub rəhbəri heyətin gəncləşdirilməsi və az sayda legioner gətirilməsi tələbinə razılıq verib.


Bütün bunlarla bağlı qərar tezlikləyığışması gözlənilən İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq. Buna kimi isə Lisenziyalaşdırma Qrupu qərarını açıqlamalıdı. Gələn həftə bu baxımdan ilk addım atılacaq.

Xəbər lenti