Xəzər Xəbər

Con Toşak və Qeret Beyli Türkiyə Super Liqasında - AÇIQLAMA

İdman | 16:12 • 10 May 2019
Con Toşak və Qeret Beyli Türkiyə Super Liqasında - AÇIQLAMA

"Real"dan ayrılacığı gözlənilən Qaret Beyl karyerasını Türkiyədə davam etdirə bilər.


Bu barədə "Beşiktaş" prezidentliyinə namizəd Hürser Tekinoktay açıqlama verib.


12 mayda keçiriləcək seçkilərdə Fikrət Ormana rəqib olacaq Hürser Tekinoktay bildirib ki, Con Toşakı komandaya gətirmək və transfer işlərini ona həvalə etmək istəyir: "Toşakla görüşümüz oldu. Biz futbolun büdəcəsini onun idarə etməsini istəyirik. Bunu "Bkşiktaş"da və Türkiyədə çox yaxşı etmişdi. "Fənərbaxça"dan Elvir Baliçi 15 milyon, "Gənclərbirliyi"ndən Geremini "Real"a 6 milyon avroya aparmışdı. Həmçinin Nihat Kahvvacini "Beşiktaş"dan "Real Sosyedad"a transfer etmişdi.


Çox yaxşı münasibətləri olan biridi. Britaniyada Toşakın markası fərqli yerdədi. Biz Toşakdan 20-30 milyon arvo büdcəylə Çempionlar Liqasına gedəcək bir komanda istədik. Bir də yerli idman direktorumuz olacaq. O da Toşakın Avropada etdiyini Türkiyədə edəcək. Məsələn, Çingiz Ündərləri "Başakşəhər" və ya "Altınordu"lardan öncə almalıdı ki, pul qazanaq.


Baş məşqçi postuna namizədimiz yerli mütəxəssisdi. Amma hazırda müqaviləsi var. Bu səbəbdən adını açıqlamaq düzgün olmaz.


Toşak Qaret Beyli gətirə bilər. Onunla bağlı bir şeyi deyim. Bunu ilk dəfə açılayıram. Beyl Uelsdə Toşakın yetirməsidi. 2,5 ay əvvəl bizə bu vədi verib. Beylin "Real"da xoşbəxt olmadığını və uyğun bir icarə haqqı ödəməklə "Beşiktaş"a gətirə biləcəyini dedi".


Qeyd edək ki, Con Toşak 1997-1999-cu illərdə "Beşiktaş"ı çalışdırıb. Uelsli mütəxəssis 2013-cü ildə "Xəzər Lənkəran"a, 2018-ci ildə Təbrizin "Traktorsazi" klubuna başçılıq edib.


Qaret Beyl isə 2013-cü ildə "Tottenhem"dən "Real"a 101 milyon avroya transfer olunub.


Fanat.Az

Xəbər lenti