Xəzər Xəbər

Luis Suarez İspaniya kubokunun finalında iştirak etməyəcək

İdman | 14:31 • 10 May 2019
Luis Suarez İspaniya kubokunun finalında iştirak etməyəcək

"Barselona” futbol klubunun hücumçusu Luis Suarez İspaniya kubokunun finalında iştirak etməyəcək.


Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, mayın 9-da dizində artroskopik əməliyyat keçirən 32 yaşlı uruqvaylı hücumçu dörd-altı həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, L.Suarez mövsümün qalan hissəsində Kataloniya klubuna kömək edə bilməyəcək.


"Barselona” klubunun İspaniya çempionatında iki oyunu qalıb. Bu görüşlər mayın 12-də "Hetafe”, mayın 18-də isə "Eybar” ilə keçiriləcək. Mayın 25-də isə Barselona təmsilçisi İspaniya kubokunun finalında "Valensiya” ilə qarşılaşacaq.


Qeyd edək ki, Luis Suarez cari mövsümdə "Barselona”nın heyətində keçirdiyi 49 oyunda 25 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.

Xəbər lenti