Xəzər Xəbər

Kepa Arrisabalaqa: “Bakıya titul üçün gedəcəyik”

İdman | 10:06 • 10 May 2019
Kepa Arrisabalaqa: “Bakıya titul üçün gedəcəyik”

"Finala çıxdığımız üçün şadıq. Bu, çox çətin yarımfinal idi”.


Bunu İngiltərənin "Çelsi” klubunun futbolçusu Kepa Arrisabalaqa deyib.


Qapıçı Avropa Liqasının yarımfinal mərhələsinin "Ayntraxt”la (Almaniya) cavab oyunu barədə fikirlərini bildirib. K.Arrisabalaqa mayın 29-da Bakıda keçiriləcək final matçında kuboku qazanmaq arzusunda olduqlarını vurğulayıb: "Hər iki oyun ağır oldu. "Ayntraxt” çox yaxşı, çox güclü komandadır. İndi biz xoşbəxtik, Bakıdakı finala yüksəldiyimizə sevinirik. Finalda London derbisi olacaq. Bu, çox qeyri-adidir. Həmin matçda hər şey ola bilər. Matça lazımi səviyyədə hazırlaşacağıq. Bakıya titul üçün gedəcəyik”.


Qeyd edək ki, "Çelsi” hər iki oyunu 1:1 hesabı ilə başa çatan dueldə penaltilər seriyası ilə qələbə qazanıb – 4:3. (ONA)

Xəbər lenti