Xəzər Xəbər

Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd müəyyənləşib

İdman | 10:02 • 10 May 2019
Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd müəyyənləşib

UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədləri açıqlanıb.


Xezerxeber.az-ın məlumatına görə, yarımfinalın cavab oyunlarının ən yaxşısı seçilməyə 4 futbolçu iddia edir.


Bunlar finala yüksələn İngiltərə komandaların üzvləridir. İspaniya "Valensiya”sını 4:2 hesabı ilə məğlub edən "Arsenal”dan Pyer-Emerik Obameyanq və Aleksandr Lakazett, Almaniya "Ayntraxt”ını penaltilər seriyasında üstələyən (1:1, pen.4:3) "Çelsi”dən Ruben Loftus-Çik və qapıçı Kepa Arrisabalaqadır.


Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

Xəbər lenti