Xəzər Xəbər

Salahın “Heç Vaxt Təslim Olma” forması brendə çevrildi - FOTO

İdman | 17:46 • 9 May 2019
Salahın “Heç Vaxt Təslim Olma”

"Liverpul”un futbolçusu Məhəmməd Salahın dünən komandasının "Barselona” ilə oyununu izləyərkən geydiyi forma brendə çevrilib.

XəzərXəbər xəbər verir ki, onun geydiyi "Never Give Up” ("Heç Vaxt Təslim Olma”) sözlərinin yazıldığı qara idman köynəyi Rusiyada satışa çıxarılıb.

Belə ki, Rusiyanın məşhur idman saytlarından olan Sports.ru saytı 50 ədəd belə formanı satdığını açıqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah komandasının 4:0 hesabı ilə qalib gəldiyi görüşündə başındakı zədəyə görə matçı həyat yoldaşı ilə tribunadan izləyib.

Xəbər lenti