Xəzər Xəbər

Alleqri "Yuventus"dan gedir - Qərar verildi

İdman | 16:42 • 9 May 2019
Alleqri "Yuventus"dan gedir - Qərar verildi

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu mövsümün sonu Turin klubunu tərk edəcək.


XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. Bildirilir ki, klub prezidenti Andrea Anelli ilə transfer kampaniyasının müzakirəsi zamanı bu qərar verilib.


Nəşr yazıb ki, italiyalı mütəxəssis PSJ-yə keçməyi planlaşdırır. Onu "Yuventus"da Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.


Qeyd edək ki, M.Alleqri 2014-cü ildən İtaliya təmsilçisini çalışdırır. Onun komandası bu mövsüm ölkə çempionluğunu təmin edib. "Yuventus" Çempionlar Liqasında isə 1/4 final mərhələsində "Ayaks"a uduzaraq mübarizəni dayandırıb.

Xəbər lenti