Xəzər Xəbər

Yurgen Klopp oyundan əvvəl futbolçulara nə deyib?

İdman | 17:08 • 8 May 2019
Yurgen Klopp oyundan əvvəl futbolçulara nə deyib?

"Matçdan əvvəl uşaqlara "Bu normal halda imkansız bir şeydi, amma sizin üçün heç də imkansız deyil". Bu uşaqlar beyin olaraq bir əjdahadı. İnanılmazdı..."


XəzərXəbər xəbər verir ki, bu sözləri "Barselona" ilə oyundan sonra "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib.


"Liverpul" ilk oyunda 0:3 hesabı ilə yenidiyi "Barselona"ya doğma meydanda 4 qol vuraraq Çempionlar Liqasının finalına çıxıb. Matçdan sonra "BT Sport"a danışan alman mütəxəssis duyğularını ifadə edib: "Bəlkə də dünyanın ən yaxşı komandasına qarşı oynadıq. Qazanmaq çətin idi, amma qol buraxmadan qazanmaq inanılmaz idi. Ceyms Milneri oyundan sonra meydanda ağlayarkən gördüm. Bu bizim üçün çox şey ifadə edir. Bu anlar, futbolun gözəl anlarıdı. Dünyada daha çoz önəmli şeylər var, amma birlikdə belə duyğusal bir atmosfer yaratmaq xüsusi bir hadisədi".


"Belə bir potensial və ürək qarşığını heç zaman görməmişdim" deyən Klopp "Bir oyunda özünüzdən ən çox bu qədər əmin ola bilərsiniz. Origi və Şaqiri çoxt oynamırdı, amma ikisi də mükəmməl performans sərgilədi. Bu da çox önəmli idi. Futbolda nələrin mümkün olduğunu göstərdik. Çox xoşbəxtik" deyə qeyd edib.


Fanat.Az

Xəbər lenti