Xəzər Xəbər

Salah və Sterlinq İngiltərədə mövsümün ən yaxşı oyunçusu adına iddialıdır

İdman | 15:05 • 8 May 2019
Salah və Sterlinq İngiltərədə mövsümün ən yaxşı oyunçusu adına iddialıdır

İngiltərə Premyer Liqasının rəsmi saytında 2018/2019-cu illər mövsümündə ən yaxşı futbolçu adına yeddi namizədin siyahısı dərc edilib.


Xezerxeber.az xəbər verir ki, ən yaxşı oyunçu adına Serxio Aquero, Bernardu Silva, Rahim Sterlinq (hamısı "Mançester Siti”dən), Eden Azar ("Çelsi”), Sadio Mane, Məhəmməd Salah və Vircil van Deyk (hamısı "Liverpul”dan) iddia edirlər.


Sterlinq bu mövsümdə jurnalistlərin versiyası üzrə İngiltərədə ilin ən yaxşı futbolçusu, van Deyk isə İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyası üzrə mövsümün ən yaxşı futbolçusu hesab edilib.


Mövsümün ən yaxşı oyunçusu İngiltərə çempionatında iştirak edən klubların azarkeşləri, 20 kapitan və bir qrup futbol eksperti tərəfindən seçiləcək. Qalibin adı bu həftənin sonuna qədər elan ediləcək.


İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına Nunu Eşpiritu Santu ("Vulverhempton”), Xosep Qvardiola ("Mançester Siti”), Yurgen Klopp ("Liverpul”) və Maurisio Poçettino ("Tottenhem”) iddia edir.

Xəbər lenti