Xəzər Xəbər

Kiyev “Dinamo”su azərbaycanlı futbolçunu baxışa çağırıb

İdman | 13:41 • 8 May 2019
Kiyev “Dinamo”su azərbaycanlı futbolçunu baxışa çağırıb

Ukraynanın "Dinamo” klubu azərbaycanlı futbolçunu baxışa çağırıb.


Kiyev təmsilçisinin sınaqdan keçirdiyi 18 yaşlı Hüseyn Cəfərov Azərbaycan və Rusiya vətəndaşlığına malikdir.


Bunadək Kazanın "Rubin” klubunda baxışda olan yarımmüdafiəçi əsas komandanın məşqlərinə qatılıb. O, bir neçə yoxlama görüşündə də şans qazanıb.


Qeyd edək ki, H.Cəfərov Rusiyanın Sankt-Peterburq şəhərinin həvəskar komandalarında çıxış edib, həmçinin özünü çimərlik futbolunda sınayıb.

Xəbər lenti