Xəzər Xəbər

Azərbaycan millisi Farer adalarına qalib gəlib

İdman | 15:49 • 7 May 2019
Azərbaycan millisi Farer adalarına qalib gəlib

16 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığma komandası Minsk şəhərində təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.


Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Alina Nəhmədova və Nisrine Zerioul vurub.


U-16 növbəti oyununu mayın 9-da Belarus yığmasına qarşı keçirəcək.

Xəbər lenti