Xəzər Xəbər

PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi

İdman | 16:52 • 7 May 2019
PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi

PSJ mövsümün sonunda baş məşqçisni dəyişəcək.


"CorSport" xəbər verir ki, Paris klubu hazırda "Yuventus"a başçılıq edən Massimiliano Allegri ilə danışıqlara başlamağa hazırlaşır.


Xəbərdə qeyd edilir ki, 51 yaşlı mütəxəssis mövsümün sonunda "Yuventus"u tərk edəcək. Tomas Tuçeldən narazı olan PSJ rəhbərliyi də bu şansdan istifadə edərək onunla anlaşmaq niyyətindədi. Allegrinin özünün də Paris klubunu çalışdırmağa razı olduğu bildirilir.


Qeyd edək ki, Allegri 2014-cü ildən "Yuventus"a başçılıq edir. Komanda onun rəhbərliyi altında ardıcıl 5 mövsümdü İtaliya A Seriyasının qalibi olub. Turin klubu ilə 4 dəfə ölkə kubokunu, 2 dəfə Super Kubokunu qazanan 51 yaşlı mütəxəssis 2 dəfə Çempionlar Liqasında final oynayıb.


Fanat.Az

Xəbər lenti