Xəzər Xəbər

İker Kasilyas xəstəxanadan evə buraxılıb

İdman | 14:43 • 7 May 2019
İker Kasilyas xəstəxanadan evə buraxılıb

Portuqaliyanın "Porto” futbol klubunun qapıçısı İker Kasilyas xəstəxanadan evə buraxılıb.


Xezerxeber.az xəbər verir ki, 37 yaşlı ispaniyalı qapıçı mayın 1-də məşq zamanı ürəyində yaranan problemdən sonra xəstəxanaya yerləşdirilib. Kasilyas müsahibəsində bildirib: "Mən hələ gələcəyim barədə qərar verməmişəm. Hazırda özümü yaxşı hiss edirəm”.


İspaniyalı qapıçı 2015-ci ildə Madridin "Real” klubundan "Porto”ya transfer olunub. O, "Real Madrid”in heyətində iştirak etdiyi vaxta beş dəfə İspaniya çempionu, iki dəfə İspaniya kubokunun, dörd dəfə İspaniya Super Kubokunun, üç dəfə Çempionlar Liqasının və iki dəfə UEFA Super Kubokunun qalibi olub. Kasilyas 2010-cu ildə İspaniya milli komandasının heyətində dünya çempionu, 2008-ci və 2012-ci illərdə isə Avropa çempionu adını qazanıb.


Qeyd edək ki, "Porto” klubu martda Kasilyasla müqavilənin müddətini bir il uzadıb. O, cari mövsümdə Portuqaliya klubunun heyətində 42 oyun keçirib.

Xəbər lenti