Xəzər Xəbər

Suares söz verdi

İdman | 12:59 • 7 May 2019
Suares söz verdi

İspaniyanın "Barselona” komandasının hücumçusu Luis Suares bəyan edib ki, o, Çempionlar Liqası yarımfinalının cavab oyununda fərqlənərsə, İngiltərənin "Liverpul” komandasının qapısına vurulan topu bayram etməyəcək. Əvvəllər Britaniya klubunun heyətində çıxış edən futbolçunun bu sözlərini "The Guardian” sitat gətirir.


Xezerxeber.az xəbər verir ki, komandalar arasında ilk oyun mayın 1-də "Barselona”da keçirilib və ispaniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Suares öz aktivinə yazdırıb. Vurulan topdan sonra uruqvaylı sevincini gizlətməyib.


"Mən "Liverpul”un azarkeşlərinə böyük hörmət bəsləyirəm, bu klub mənə çox şey verib. Lakin insanlar başa düşməlidirlər ki, ötən oyunun nəticəsi necə əhəmiyyətli idi. Mən hərəkətlərimlə təhqir etdiyim hər bir azarkeşdən üzr istəməyə hazıram. Ümid edirəm ki, "Enfild” stadionunda məni fitlə deyil, alqışlarla qarşılayacaqlar. Əlbəttə, mən "Liverpul”un qapısından top keçirsəm, bunu bayram etməyəcəyəm”, - deyə futbolçu bildirib.


Qeyd edək ki, Suares "Liverpul”un heyətində 133 oyun keçirib. Bu müddətdə o, 82 qolun və 47 məhsuldar ötürmənin müəllifi olub. 2014-cü ilin iyulunda hücumçu "Barselona”ya keçib. İspaniya klubu Suaresin transferinə görə təxminən 82 milyon avro ödəyib.

Xəbər lenti