Xəzər Xəbər

Yakub Jezniçak “Qarabağ”dan ayrılacaq

İdman | 09:36 • 7 May 2019
Yakub Jezniçak “Qarabağ”dan ayrılacaq

"Qarabağ”ın futbolçusu Yakub Jezniçak Ağdam klubundan ayrıla bilər.


ONA-nın Polşa mətbuatına istinadən məlumatına görə, 33 yaşlı müdafiəçi mövsüm başa çatdıqdan sonra Azərbaycan çempionu ilə vidalaşacaq.


2017-ci ildən oynadığı "Qarabağ”da iki dəfə ölkə çempionatının qızıl medallarını qazanan Y.Jezniçakın karyerasını vətənində davam etdirəcəyi gözlənilir. Belə ki, Ağdam klubuna "Legiya”dan gələn müdafiəçinin vətənindən aldığı təkliflərdən birini dəyərləndirəcəyi bildirilir.

Xəbər lenti