Xəzər Xəbər

“Mançester Siti” “Lester Siti” üzərində qələbə qazanaraq yenidən liderliyə yüksəlib

İdman | 09:05 • 7 May 2019
“Mançester Siti” “Lester Siti” üzərində qələbə qazanaraq yenidən liderliyə yüksəlib

Mayın 6-da İngiltərə Premyer Liqasının 37-ci turuna yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun sonuncu qarşılaşması "Mançester Siti” ilə "Lester Siti” klubu arasında olub.


Görüş meydan sahibi - "Mançester Siti”nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.


Oyunda yeganə qolun müəllifi matçın 70-ci dəqiqəsində Vinçesnt Kompani olub.


Bu qələbə sayəsində "Mançester Siti” xalların sayını 95-ə çatdıraraq turnir cədvəlində yenidən liderliyə yüksəlib, onun əsas rəqibi "Liverpul” isə "şəhərlilər”dən bir xal geri qalır. "Lester Siti” 51 xalla doqquzuncu yerdə qərarlaşıb.

Xəbər lenti