Xəzər Xəbər

"Real" daha bir ulduzla danışıqlara başlayır

İdman | 17:51 • 6 May 2019
"Real" daha bir ulduzla danışıqlara başlayır

Yayda transferlərə böyük məbləğlər xərcləyərək heyətini gücləndirmək niyyətində olan "Real" İngiltərə Premyer Liqasından daha bir futbolçu üçün danışıqlara başlayır.


"The Express" xəbər verir ki, "Kral Klubu" "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante üçün rəsmi təklif göndərməyə hazırlaşır.


Mauritsio Sarrinin "Çelsi"yə gəlişindən sonra öz mövqeyində çıxış etməyən fransalı futbolçunun komanda yoldaşı Eden Hazardla birlikdə Madrid klubuna yollana biləcəyi deyilir.


Qeyd edək ki, Kante 2016-cı ilin yayında "Lester"dən "Çelsi"yə 35,8 milyon avroya transfer olunub. 28 yaşlı yarımmüdafiəçi cari mövsümdə oynadığı 51 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti