Xəzər Xəbər

"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi

İdman | 17:23 • 6 May 2019
"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi

"Milan" rəhbərliyi baş məşqçi Cennaro Qattuzo ilə bağlı qərarını verib.


"Il Corriere dello Sport" xəbər verir ki, 2017-ci ildən komandaya başçılıq edən 41 yaşlı mütəxəssislə yollar ayrılacaq.


Artıq rəhbərliyin komandaya gətirmək istədiyi baş məşqçinin kimliyi də müəyyənləşib. İddiaya görə, "Milan"ı gələn mövsüm hazırda "Atalanta"nı çlışdıran Gian Pyero Qasperini başçılıq edəcək.


Qeyd edək ki, 61 yaşlı mütəxəssis "Atlanta"nı 2016-cı ildən çalışdırır. Komanda onun rəhbərliyi altında cari mövsümdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. Qasperini əvvəllər İtaliyanın "Krotone", "Cenoa", "İnter" və "Palermo" klublarını çalışdırıb.


Fanat.Az

Xəbər lenti