Xəzər Xəbər

"Real"ın futbolçusu "Yuventus"un hədəfində

İdman | 16:22 • 6 May 2019
"Real"ın futbolçusu "Yuventus"un hədəfində

"Real"ın qapıçısı Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər.

A Seriyasında çempion olan "Yuventus" kosta-rikalı qapıçı üçün təklif göndərməyə hazırlaşır. Madrid klubunda əsas heyətdəki yerini itirən 32 yaşlı əlcək sahibi ayrılıq qərarı verib.

Navasın "kral klubu" ilə müqaviləsi 2020-ci ilin yayında bitəcək. O, cari mövsüm 20 oyunda qapısından 19 top buraxıb və 7 matçda çərçivəni toxunulmaz saxlayıb.

Xəbər lenti