Xəzər Xəbər

“Qalatasaray” “turnir cədvəlində liderliyə yüksəlib

İdman | 09:05 • 6 May 2019
“Qalatasaray” “turnir cədvəlində liderliyə yüksəlib

Mayın 5-də futbol üzrə Türkiyə Superliqasının XXXI turu çərçivəsində keçirilən oyunlarda "Qalatasaray” doğma meydanda "Beşiktaş”ı qəbul edib.


Xezerxeber.az xəbər verir ki, hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan görüşdə hesabı 44-cü dəqiqədə "Qalatasaray”ın hücumçusu Henri Onyekuru açıb. Görüşün 54-cü dəqiqəsində Fernando "Qalatasaray”ın qələbə qolunu vurub. Beləliklə, "Qalatasaray” bu qələbədən sonra Türkiyə çempionatında 63 xalla liderliyə yüksəlib. "Beşiktaş” isə 59 xalla 3-cü pillədə qərarlaşıb.


Turun digər oyunlarında "Göztəpə” klubu doğma meydanda "Antalyaspor”u 4:1 hesabla darmadağın edib. "Yeni Malatyaspor” isə səfərdə "Akhisar Bələdiyyəspor”u 2:0 məğlub edib.


Turun son oyunları mayın 6-da keçiriləcək.

Xəbər lenti