Xəzər Xəbər

Türkiyə Superliqası: "Fənərbağça" "Kasımpaşa"nı məğlub edib

İdman | 09:36 • 5 May 2019
Türkiyə Superliqası: "Fənərbağça" "Kasımpaşa"nı məğlub edib

Mayın 4-də futbol üzrə Türkiyə Superliqasının XXXI turu çərçivəsində keçirilən oyunlarda "Kasımpaşa” doğma meydanda "Fənərbağça”nı qəbul edib.


Xezerxeber.az xəbər verir ki, hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan görüşdə hesab 13-cü dəqiqədə açılıb. "Fənərbağça”nın qapıçısı Harun Tekin topu səhvən öz qapısına salıb. Lakin 20-ci dəqiqədə Elif Elmas bərabərlik qolunu vurub. Birinci hissə elə bu hesabla bitib.


İkinci hissənin 72-ci dəqiqəsində Matiye Valbuena "Fənərbağça”nın ikinci qolunu vurub. Cəmi 4 dəqiqə sonra qonaqların hücumçusu Roberto Soldado fərqlənib.


Beləliklə, "Fənərbağça" səfərdə "Kasımpaşa"nı 3:1 hesabla məğlub edib.

Xəbər lenti