Xəzər Xəbər

Mourinyo İtaliya yolunda

İdman | 14:55 • 4 May 2019
Mourinyo İtaliya yolunda

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo yeni mövsümdən etibarən karyerasını İtaliyada davam etdirə bilər.


"L'Equipe" nəşri xəbər verir ki, "Roma" portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdı. Hazırda tərəflər arasında danışıqlar gedir.


"Roma"nın baş məşqçisi postuna bir digər namizəd isə Antonio Kontedi.


Paytaxt təmsilçisi martda Eusebio di Françesko ilə yollarını ayırıb. Onun yerinə mövsümün sonunadək Klaudio Ranyeri təyin olunub. Mourinyonun Tomas Tuxel istefa verəcəyi təqdirdə, Fransa PSJ-sinin təklifini də nəzərdən keçirəcəyi bildirilir.


Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə "İnter"də çalışıb. O, iki dəfə İtaliya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb, Çempionlar Liqasının qalibi olub. Mourinyonun son iş yeri 2018-ci ilin dekabrında tərk etdiyi İngiltərə "Mançester Yunayted"i olub.


Fanat.Az

Xəbər lenti