Xəzər Xəbər

Hansı ulduz futbolçunun nə qədər izləyicisi var?

İdman | 15:04 • 3 May 2019
Hansı ulduz futbolçunun nə qədər izləyicisi var?

Ulduz futbolçuların sosial mediadakı izləyici yarışı meydandakı mübarizələri qədər maraq doğurur.

XəzərXəbər xəbər verir ki, "Result Sports” dünyada ən çox izləyicisi olan futbolçuların siyahısını dərc edib.

"Yuventus”un hücumçusu Kriştianu Ronaldu bu yarışda rəqibsizdir. O, "Facebook” (122 milyon), "Twitter” (78 milyon) və "Instagram” (163 milyon) hesablarında ümumilikdə 363 milyon izləyiciyə malikdir.

Portuqaliyalı superulduz ən yaxın izləyicisi olan PSJ-li Neymarı xeyli qabaqlayır. Braziliyalıda bu rəqəm 217 milyondur.

"Barselona”nın kapitanı Lionel Messi isə ilk üçlüyü bölüşür. "Twitter” hesabı olmayan argentinalının 205 milyon izləyicisi var.

Sonrakı yerləri kolumbiyalı Xames Rodriqes (91 milyon), uelsli Qaret Beyl (86 milyon), ispaniyalı Andres İnyesta (79 milyon), almaniyalı Məsut Özil (74 milyon), ispaniyalı Serxio Ramos (71 milyon), braziliyalı Marselo (68 milyon), isveçli Zlatan İbrahimoviç (68 milyon) tutur.

Xəbər lenti