Xəzər Xəbər

Daha bir ispaniyalı futbol əfsanəsi karyerasını bitirdi

İdman | 12:07 • 3 May 2019
Daha bir ispaniyalı futbol əfsanəsi karyerasını bitirdi

"Barselona” komandasının unudulmazlarından olan Xavi Hernandez karyerasını başa vurur.

Ulduz mövsümün sonunda futbolla vidalaşacaq.

2015-ci ildən bəri Qətərin "Əl Sədd” klubunda çıxış edən Hernandez bu barədə ölkənin "The Peninsula” qəzetinə danışıb: "Bu, futbolçu olaraq son mövsümüm. Ancaq baş məşqçi olaraq gələcəyin nələr gətirəcəyini görmək üçün səbrsizlənirəm”.

Qeyd edək ki, 35 yaşlı Xavi Hernandez 1998-2015-ci illərdə "Barselona”da, 2000-2015-ci illlərdə İspaniya yığmasında forma geyinib. Bu dövrdə 4 Çempionlar Liqası, 8 İspaniya La Liqası olmaqla, 25 çempionluq yaşayıb. "Barselona”da çıxdığı 767 matçda 85 qol vurub. Millidə isə 133 dəfə forma şansı əldə edib. Burada 1 Dünya, 2 Avropa Çempionluğu yaşayıb. Qətərdə isə 4 ildə biri liqada olmaqla, 4 dəfə kubok sevinci yaşayıb.

Qeyd edək ki, ötən gün "Real Madrid"in əfsanəvi qapıçısı İker Kasilyas da sağlamlıq problemlərinə görə karyerasını bitirmək məcburiyyətində qaldığını açıqlamışdı.

Xəbər lenti