Xəzər Xəbər

“Real” çox güclənir: İngiltərədən daha bir fiutbolçunu transfer edir

İdman | 11:09 • 3 May 2019
“Real” çox güclənir:

"Real” İspaniya çempionatının növbəti mövsümünə xeyli güclü heyətlə başlayacaq. Buna şübhə etməyə dəyməz. Xüsisilə İngiltərə klublarından xeyli oyunçu ilə danışıqlar gedir.

XəzərXəbər xəbər verir ki, "Real” "Çelsi”dən Eden Azar və "Mançester Yunayted”dən Pol Poqba ilə prinsipial razılıq əldə edib. İspaniya nəhənginin könlündən Məhəmməd Salah da keçir.

Fransada özünü bir o qədər xoşbəxt hiss etməyən Neymar da Madridə gəlməyə razıdır.

İspaniya mətbuatının yazdığına görə, "Real”ın baş məşqçisi Zinəddin Zidan "Tottenhem”də oynayan Kristian Erikseni heyətinə cəlb edir.

İspan jurnalistlər iddia edir ki, danimarkalı yarımmüdafiəçi Madrid klubuna keçməyə razılaşıb. Ona "Tottenhem”də qazandığından daha çox məvacib söz veriblər. Yaxın günlərdə klublar transferi ətraflı müzakirə edəcək.

"Mançester Yunayted” və "Bavariya” da Eriksenlə maraqlanırdı.

Xəbər lenti