Xəzər Xəbər

UEFA "böyük oyun"u Çakıra tapşırdı

İdman | 15:27 • 2 May 2019
UEFA "böyük oyun"u Çakıra tapşırdı

FIFA referisi Cüneyt Çakıra növbəti təyinatı verib.


Türk referi Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la "Barselona" arasındakı cavab matçını idarə edəcək.


Cavab qarşılaşması mayın 7-də "Enfild Roud" stadionunda olacaq. Komandalar arasında dünən keçirilən ilk görüşdə ispanlar rəqibinə 3 cavabsız qolla qalib gəliblər.


Qeyd edək ki, bu, Çakırın 2018/19 mövsümündə Çempionlar Liqasında oyunlarına aldığı 7-ci təyinatdı. O, son olaraq, 1/4 final mərələsində "Mançester Siti"nin "Tottenhem"i 4:3 hesabı ilə məğlub etdiyi matçda ədaləti qoruyub.


Fanat.Az

Xəbər lenti