Xəzər Xəbər

Romelu Lukaku mövsümü erkən başa vurub

İdman | 14:02 • 2 May 2019
Romelu Lukaku mövsümü erkən başa vurub

İngiltərənin "Mançester Yunayted” futbol klubunun hücumçusu Romelu Lukaku mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, 25 yaşlı seneqallı hücumçu İngiltərə çempionatının 36-cı turunda "Çelsi” klubu ilə (1:1) görüşdə dizindən aldığı zədə səbəbindən mövsümü erkən başa vurub.


Qeyd edək ki, Lukaku cari mövsümdə "Mançester Yunayted”in heyətində keçirdiyi 45 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər lenti