Xəzər Xəbər

Mourinyo: "Messini "Qızıl top" gözləyir"

İdman | 12:37 • 2 May 2019
Mourinyo: "Messini "Qızıl top" gözləyir"

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo "Barselona”nın superulduzu Lionel Messinin çıxışını dəyərləndirib.

Hazırda komanda çalışdırmayan Mourinyo belə deyib:

"O həmişə xüsusidi. "Mançester Yunayted”in qapısına iki top vurdu. Həmişə iki-iki vurur. Hamımız bilirik ki, Messi hər an oyunun taleyini dəyişməyə qadir oyunçudu. Boş zona verdinsə, irəliləyib öldürücü zərbə endirəcək. Ya da bunu özü yaradacaq. Fenomenal mövsüm keçirir. "Yuventus” və Kriştiano Ronaldo turnirlə vidalaşıbsa, deməli, Lioneli "Qızıl top” gözləyir. Özü də bunu yaxşı bilir”.

Messi bu mövsüm "Barsa” formasıyla çıxdığı 45 oyunda 46 top vurub, 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Xəbər lenti