Xəzər Xəbər

"Real" Eriksenlə anlaşdı

İdman | 12:34 • 2 May 2019
"Real" Eriksenlə anlaşdı

"Real” "Tottenhem”in futbolçusu Kristian Erikseni transfer etməyə yaxındı.


AS nəşri xəbər verir ki, Madrid klubu 27 yaşlı danimarkalı yarımmüdafiəçi ilə razılıq əldə edib. İndi "Tottenhem"lə razılıq əldə olunmalıdı.


Premyer Liqa klubu əvvəlcə Eriksen üçün 250 milyon avro tələb edirdi. Lakim danimarkalı futbolçu 2020-ci ilədək nəzərdə tutulan müqaviləsini uzatmaqdan imtina etdiyi üçün "Tottehnem" onun qiymətini endirmək və yayda satmaq qərarına gəlib.


Fanat.Az

Xəbər lenti