Xəzər Xəbər

"Çelsi"də ciddi itki: əməliyyat edildi

İdman | 15:02 • 1 May 2019
"Çelsi"də ciddi itki: əməliyyat edildi

Avropa Liqasının yarımfinal mərhələsində mübarizə aparan, İngiltərə Premyer Liqasında ilk 4-lük üçün yarışan "Çelsi" ciddi itkiylə üzləşib.

London klubunun müdafiəçisi Antonio Rüdiqer uzun müddətə sıradan çıxıb. Premyer Liqanın 36-cı turunda "Mançester Yunayted"lə səfər matçında (1:1) zədələnən futbolçu mövsümü başa vurub. Almaniya millisinin üzvü menisk yırtığından əməliyyat olunub.

26 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 33 oyuna 1 qol vurub.

Xəbər lenti