Xəzər Xəbər

"Beşiktaş" "Qalatasaray"la derbiyə böyük məbləğdə mükafat qoydu

İdman | 14:49 • 1 May 2019
"Beşiktaş" "Qalatasaray"la derbiyə böyük məbləğdə mükafat qoydu

"Beşiktaş" rəhbərliyi Türkiyə Super Liqasının XXXI turunda "Qalatasaray"la keçiriləcək oyun üçün böyük məbləğdə mükafat ayırıb.


"NTV Spor" xəbər verir ki, İstanbul klubu derbidə qələbə qazansa, hər futbolçu 100 min lirə mükafat alacaq. Bundan başqa, XXVIII tur çərçivəsində evdə "Başakşehir"i üstələdikləri üçün nəzərdə tutulan 60 min lirə mükafat "Qalatasaray"la oyun ərəfəsində futbolçuların hesablarına köçürüləcək.


Qeyd edək ki, 30 turdan sonra turnir cədvəlinə 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 60 xalla ikinci, "Beşiktaş" 59 xalla üçüncü pillədədi.


Fanat.Az

Xəbər lenti