Xəzər Xəbər

Lionel Messi yeni ordenə layiq görülüb

İdman | 14:12 • 1 May 2019
Lionel Messi yeni ordenə layiq görülüb

İspaniyanın "Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi yeni ordenə layiq görülüb.


Xezerxeber.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Kataloniya hökuməti tərəfindən "Müqəddəs Jordi Xaçı” ordeni ilə təltif edilib.


Bu mükafat 1981-ci ildən etibarən hər il mədəni və sosial həyatda Kataloniya adının yüksəldilməsində xidmət göstərmiş şəxslərə verilir.


Qeyd edək ki, mükafatlandırma mərasimi mayda keçiriləcək.

Xəbər lenti