Xəzər Xəbər

Azərbaycan kubokunda finalçılar müəyyənləşir

İdman | 11:19 • 1 May 2019
Azərbaycan kubokunda finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

XəzərXəbər xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı Zirədə olacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi "Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumdadırlar. Bu kollektivlər arasına cari çempionatda baş tutan 4 görüşdən 3-də "qartallar” qələbə qazanıblar. Ölkə Kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.

Digər yarımfinal matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada "Qarabağ” "Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu tək qolla qalib gəlib. Ancaq cari çempionatda ağdamlılar 4 oyunun hamısında güclü olublar. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Bunlardan üçündə "Qarabağ”, birində isə "Qəbələ” sevinən tərəf olub.

Azərbaycan Kuboku

Yarımfinal

1 may (çərşənbə)

17:00. "Qarabağ" - "Qəbələ"

Hakimlər:İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.

Hakim-inspektor:Babək Quliyev.

AFFA nümayəndəsi:Ələddin Ələkbərov.

Tofiq Bəhramov arına Respublika Stadionu

İlk oyun - 0:1

20:00. "Zirə" - "Sumqayıt"

Hakimlər:Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.

Hakim-inspektor:Munis Abdullayev.

AFFA nümayəndəsi:Ramiz Mustafayev.

Zirə İdman Kompleksinin stadionu.

İlk oyun - 0:0.

Xəbər lenti