Xəzər Xəbər

"Milan"ın Sarri planı

İdman | 11:15 • 1 May 2019
"Milan"ın Sarri planı

Cennaro Qattuzo ilə yolları ayırmağı planlaşdıran İtaliyanın "Milan" klubu baş məşqçi axtarışına çıxıb.

XəzərXəbər "Evening Standard"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Çempionlar Liqasına vəsiqə qazanmayacağı halda, Qattuzonu istefaya göndərəcək. Milan təmsilçisi baş məşqçi postuna"Çelsi"nin çalışdırıcısı Mauriso Sarrini gətirmək istəyir.

İlk mövsümündə İngiltərədə tənqid hədəfi olan Sarri "Çelsi"də xoşbəxt olduğunu açıqlayıb. "Çelsi" ÇL-yə vəsiqə qazanmasa və Avropa Liqasında qalib olmasa, Sarriylə yollar ayrıla bilər.

60 yaşlı mütəxəssis mövsümün əvvəlindən "Çelsi"ni çalışdırır.

Xəbər lenti