Xəzər Xəbər

Futbol ulduzu “Real”a keçmək istəyindən danışdı

İdman | 13:07 • 30 Aprel 2019
Futbol ulduzu “Real”a keçmək istəyindən danışdı

Futbolçu transferi bazarında daha çox "Real”a keçid ehtimalı böyük olan oyunçuların adları çəkilir.

Avropa mətbuatı hesab edir ki, Pol Poqba və Eden Azar gələn mövsümü Madrid klubunda keçirəcək.

Braziliyalı ulduz Neymarın da "Real”da oynaması mümkündür. "El Chiringuito” nəşrinin əməkdaşı Eduardo İnda iddia edir ki, PSJ-nin futbolçusu bu haqda Madriddə oynayan Marselo ilə danışıb. O, Braziliya milli komandasında birlikdə forma geyindiyi futbolçuya "Real”a keçmək istədiyini bildirib.

Neymar PSJ-yə məhz İspaniya çempionatından gəlmişdi. Braziliyalı "Barselona”dan transfer olunmuşdu.

Neymarın keçid ehtimalına "Real”ın baş məşqçisi Zinəddin Zidan da münasibət bildirmişdi. Fransız mütəxəssis söz-söhbəti inkar etməyə tələsməmişdi.


Xəbər lenti