Xəzər Xəbər

Azərbaycan millisi dünya kuboku yarışlarında növbəti medalını qazanıb

İdman | 19:58 • 29 Aprel 2019
Azərbaycan millisi dünya kuboku yarışlarında növbəti medalını qazanıb

Pauerliftinq üzrə paralimpiya milli komandasının üzvü Şamo Aslanov Macarıstanın Eger şəhərində keçirilən dünya kuboku yarışlarında qızıl medal qazanıb.


107 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan idmançımız 215 kiloqramlıq nəticə ilə fəxri kürsünün birinci pilləsinə yüksəlib.


Bu çəki dərəcəsində ikinci yeri 215 kiloqramlıq çəki ilə Səudiyyə Ərəbistanından olan Əl Nacim Xalid qazanıb. N.Xalid və Şamo Aslanov hər ikisi eyni çəkini qaldırsalar da, əcnəbi idmançının bədən çəkisi yüksək olduğu üçün qızıl medala Şamo Aslanov layiq görülüb. Üçüncü yerə isə 208 kiloqram çəki ilə gürcüstanlı idmançı Akaki Cintçaradze çıxıb.


Xatırladaq ki, bir neçə gün əvvəl bu yarışda Pərvin Məmmədov (49 kq) qızıl medala layiq görülüb. Ötən gün isə idmançımız Elşən Hüseynov qızıl, Nurlan Babacanov isə bürünc medala yiyələnib. Bu qələbə ilə idmançılarımız "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıblar.

Xəbər lenti