Xəzər Xəbər

"Qalatasaray"ın hücumçusu Premyer Liqa klubuna qayıdacaq

İdman | 17:22 • 25 Aprel 2019
"Qalatasaray"ın hücumçusu Premyer Liqa klubuna qayıdacaq

İngiltərnin "Everton" klubu Türkiyənin "Qalatasaray" komandasına icarəyə verdiyi Henri Onyekuru ilə bağlı qərar verib.

İstanbul klubu nigeriyalı hücumçunu daha bir il icarəyə götürmək istəyir. Premyer Liqa klubu isə 21 yaşlı hücumçunu ən azı 25 milyon avroya satmaq istəyir. Bu səbəbdən də Onyekuru mövsüm bitən kimi Liverpul təmsilçisinə qayıdacaq.

Qeyd edək ki, Onyekuru cari mövsüm 37 oyuna 12 qol vurub, 2 assist edib.

Xəbər lenti