Xəzər Xəbər

Ulduz futbolçu Yaponiya klubundan təklif aldı

İdman | 16:55 • 25 Aprel 2019
Ulduz futbolçu Yaponiya klubundan təklif aldı

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben karyerasını Yaponiyada davam etdirə bilər.

Təcrübəli oyunçu "Tokio" klubundan təklif alıb. Almaniya çempionu ilə müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulan Robbenin yayda komandanı tərk edəcəyi məlumdur. Təcrübəli futbolçu daha əvvəl Avropa, ABŞ və Asiya ölkələrindən də təkliflər alıb. Onun uğrunda mübarizə aparan "Tokio" hazırda ölkə çempionatında arxada qalan 8 oyundan sonra liderdir.

Aryen gələcəyi ilə bağlı qərar verməyə tələsmir, anca Yaponiyada top qovmaq varinatına da pis baxmır.

Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Qroningen", PSV, "Çelsi" və "Real" kimi komandalarda forma geyinib.

Xəbər lenti