Xəzər Xəbər

"İnter"dən İkardiylə bağlı yeni qərar

İdman | 16:50 • 25 Aprel 2019
"İnter"dən İkardiylə bağlı yeni qərar

İtaliyanın "İnter" klubu hücumçusu Mauro İkardiylə bağlı yeni qərar verib.

"La Gazetta dello Sport" xəbər verir ki, Milan təmsilçisi argentinalı futbolçunu satmağa razıdır. "Göy-qaralar" 26 yaşlı hücumçu üçün ən azı 70 milyon avro tələb edir.

İkardinin adı PSJ və "Yuventus"la hallanır.

Argentina millisinin üzvü "İnter"də 214 oyuna 123 qol vurub, 28 assist edib.

Xəbər lenti