Xəzər Xəbər

"Ayaks" "Milan"dan 60 milyon avro tələb etdi

İdman | 16:08 • 25 Aprel 2019
"Ayaks" "Milan"dan 60 milyon avro tələb etdi

İtaliya təmsilçisi "Milan" Hollandiyanın "Ayaks" klubunun yarımmüdafiəçisi Donni van de Beki transfer hədəfinə alıb.

"Milan" Amsterdam klubu ilə danışıqlar aparıb. "Ayaks" 22 yaşlı futbolçunun transfer üçün 60 milyon avro tələb edib. "Qırmızı-qaralar" isə bu məbləği aşağı endirmək istəyir. Yalnız bu halda milanlılar bu keçid üçün çalışacaq.

Qeyd edək ki, van de Bek "Ayaks"ın yetirməsidir. Hollandiya millisinin üzvü cari mövsüm 51 oyuna 15 qol vurub, 11 assist edib.

Xəbər lenti