Xəzər Xəbər

Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub

İdman | 09:21 • 25 Aprel 2019
Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub

Aprelin 24-də futbol üzrə Türkiyə Kubokunun ilk cavab yarımfinal qarşılaşması keçirilib. "Akhisar Bələdiyyəspor” klubu doğma meydanda "Ürmaniyəspor”u qəbul edib.


Xezerxeber.az xəbər verir ki, "Akhisar” stadionunda baş tutan oyun hücumlarla yada qalıb. Oyunda yeganə qolu 37-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Sokol Çikalleşi vurub. Beləliklə, "Akhisar Bələdiyyəspor" iki oyunun cəmində "Ümraniyəspor"u 2:0 hesabı ilə məğlub edərək, Türkiyə Kubokunun final mərhələsinə yüksəlib.


Yarımfinal mərhələsinin digər cavab qarşılaşması aprelin 25-də "Yeni Malatyaspor" və "Qalatasaray" arasında baş tutacaq.

Xəbər lenti