Xəzər Xəbər

“Mançester Siti” çempionluq yolunda vacib üç xal qazanıb

İdman | 08:59 • 25 Aprel 2019
“Mançester Siti” çempionluq yolunda vacib üç xal qazanıb

Aprelin 24-də İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Old Trafford” stadionunda keçirilən görüşdə "Mançester Yunayted” öz meydanında "Mançester Siti” klubunu qəbul edib.


Gərgin keçən görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıb.


"Şəhərlilər” hər iki qolu ikinci hissədə vurub. Matçın 56-cı dəqiqəsində Bernardo Silva, qarşılaşmanın 66-cı dəqiqəsində isə Leroy Sane fərqlənib.


Bu qələbə sayəsində "Mançester Siti” xallarını 89–a çatdıraraq birinci pilləyə yüksəlib, "Mançester Yunayted” isə 64 xalla 6-cı yerdə qərarlaşıb.

Xəbər lenti