Xəzər Xəbər

İtaliya kuboku: “Latsio” “Milan”ı məğlub edib

İdman | 08:53 • 25 Aprel 2019
İtaliya kuboku: “Latsio” “Milan”ı məğlub edib

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, bu, "Latsio" komandasıdır. Paytaxt təmsilçisi yarımfinalda "Milan"ı üstələyib. İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən "Latsio" "San Siro"dakı cavab qarşılaşmasında qələbəyə nail olub - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Xoakin Korrea vurub.


Daha bir finalçı "Atalanta" - "Fiorentina" cütünün qalibi olacaq. Bu komandalar arasında Florensiyadakı ilk qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb - 3:3.


Cavab oyunu bu gün saat 22:45-də başlayacaq.

Xəbər lenti