Xəzər Xəbər

İlin transfer bombası reallaşır

İdman | 17:13 • 24 Aprel 2019
İlin transfer bombası reallaşır

"Mançester Yunayted"in ulduzu Paul Poqba ilə bağlı yeni xəbər yayılıb.


"L'Equipe" nəşri xəbər verir ki, fransalı futbolçu İngiltərə klubundan ayrılmaq qərarına gəlib. Onun bu barədə komanda yoldaşlarına dediyi bildirilir. Artıq yorulduğunu deyən Poqba qərarının qəti oldğunu qeyd edib.


Həmçinin iddia edilib ki, fransalı futbolçu "Real"la müqavilə imzalayacaq.


Qeyd edək ki, Poqba bundan əvvəl verdiyi açıqlamada "Mançester Yunyted"dən ayrılacağı halda "Real"da oynamaq istədiyini bildirmişdi.


Madrid klubunun baş məşqçisi Zidan da onunla bağlı müsbət fikirlər səsləndirmişdi: "Onu yaxından tanıyıram. Çox fərqli futbolçudu. Poqba qədər komandaya xeyir verən oyunçu sayı azdı".


Fanat.Az

Xəbər lenti