Xəzər Xəbər

Arsen Venger: "Vieyranı "Arsenal"ın baş məşçisi görmək istəyirəm"

İdman | 16:48 • 24 Aprel 2019
Arsen Venger: "Vieyranı "Arsenal"ın baş məşçisi görmək istəyirəm"

22 mövsüm "Arsenal"ı çalışdırmış Arsen Venger "Canal Football Club"a açıqlama verib.

69 yaşlı mütəxəssis Fransanın "Nitsa" klubunda baş məşçilik edən sabiq futbolçusu Patrik Vieyrayla bağlı danışıb. Venger Vieyranı gələcəkdə "Arsenal"ın baş məşqçi postunda görmək istədiyini deyib: "Vieyra karyerasını səbirlə ağılla inkişaf etdirir. "Nitsa"da özünü göstərir. Onun anadangəlmə xarizması var.Vieyranı bir gün "Arsenal"ın baş məşçi postunda görmək istəyirəm".

Vieyra baş məşçiliyə 2016-cı ildə ABŞ-ın "Nyu-York Siti" klubunda başlayıb. 42 yaşlı fransalı mütəxəssis ötən ildən "Nitsa"nı çalışdırır.

Xəbər lenti