Xəzər Xəbər

Poçettino: "Eriksenlə müqaviləni uzadacağıq"

İdman | 16:43 • 24 Aprel 2019
Poçettino:

"Tottenhem"in baş məşqçisi gələn mövsümün sonunda klublamüqaviləsi başa çatacaq Kristian Eriksenin gələcəyi barədə danışıb.

XəzərXəbər xəbər verir ki, argentinalı mütəxəssis Danimarka millisinin üzvüylə yeni müqavilə imzalayacaqlarına ümid etdiyini deyib:

"Eriksen özəl insandır. Məncə, hamımız fərqli insanlarıq. İndi zaman Eriksenin xeyrinə işləyir. Klub Kristianla yola davam etmək istəyir. Fikrimcə, Eriksen dəklubda qalmaq istəyir. Hazırda danışıqlar gedir və nələr olacağını görəcəyik. Düşünürəm ki, Eriksenlə müqaviləni uzadacağıq. Ancaq biz hazırda mövsümü ən yaxşı şəkildə bitirməyə köklənmişik".

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan "Tottenhem"ə keçib.

Xəbər lenti