Xəzər Xəbər

Zidan 35 milyonluq qapıçını "Real"dan göndərir

İdman | 14:47 • 24 Aprel 2019
Zidan 35 milyonluq qapıçını "Real"dan göndərir

"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Madrid klubunun rəhbərliyindən belçikalı qapıçı Tibo Kurtuanı transferə çıxarmağı xahiş edib.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, məşqçi ümidlərini 2014-cü ildən klubun qapılarının qoruyan Kosta Rikalı qapıçı Keylor Navasa bağlayır.

Qeyd edək ki, Kurtua 2018-ci ilin avqust ayında İngiltərənin "Çelsi" komandasından 6 illik müqavilə imzalayaraq "Real Madrid"ə keçib. Qapıçının transferinə görə "Real" 35 milyon avro ödəyib.

Kurtua bütün turnirlərdə 32 oyun keçirib və qapısından 42 qol buraxıb.

Xəbər lenti