Xəzər Xəbər

Zidan: "Benzema dünyanın ən yaxşı "9 nömrə"sidir"

İdman | 15:13 • 23 Aprel 2019
Zidan:

"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 33-cü turunda "Atletik"lə oyunda het-trik edən Kərim Benzema barədə açıqlama verib.

46 yaşlı mütəxəssis fransalı forvardı dünyanın ən yaxşı hücumçusu adlandırıb:

"Kərim Benzema dünyanın ən yaxşı "9 nömrə"sidir. Burada 10 ildir inanılmaz işlər görür. Het-trik etdiyi üçün sevinirəm. Özünə çox güvənir və inkişaf edir".

31 yaşlı forvard bu mövsüm 50 oyuna 30 qol vurub, 10 assist edib.

Xəbər lenti