Xəzər Xəbər

Kaqava: "Beşiktaş"da qalmaq istəyirəm"

İdman | 15:08 • 23 Aprel 2019
Kaqava: "Beşiktaş"da qalmaq istəyirəm"

"Beşiktaş"ın Dortmund "Borussiya"sından icarəyə götürdüyü Şinji Kaqava açıqlama verib.

XəzərXəbər "Football Channel"ə istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi İstanbul klubunda qalmaq istəyidini deyib: "Son6 oyunumuz qalıb. Daha çox şans qazanacağıma inanıram. "Beşiktaş"da qalmaq istəyirəm. Bura gəlməklə düzgün seçim etdim. Son günlərdə əlimdən gələnin ən yaxşısını etməliyəm. Transfer mövzusunu çox düşünmək istəmirəm. Mənfi düşüncələrə qapılmaq istəmirəm".

Qeyd edək ki, 30 yaşlı futbolçunun icarə müddəti mövsümün sonunda başa çatacaq.

Xəbər lenti