Xəzər Xəbər

“Yuventus” ardıcıl səkkizinci dəfə İtaliya çempionu olub

İdman | 09:10 • 21 Aprel 2019
“Yuventus” ardıcıl səkkizinci dəfə İtaliya çempionu olub

Turinin "Yuventus” klubu ardıcıl səkkizinci dəfə İtaliya çempionu adını qazanıb.


Xezerxeber.az xəbər verir ki, aprelin 20-də A Seriyasının 33-cü turu çərçivəsində öz meydanında "Fiorentina”nı qəbul edən "Yuventus” rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq rəqibləri üçün əlçatmaz olub.


"Qoca sinyora”nın qollarını Aleks Sandro (37) və German Petsela (53-cü dəqiqədə öz qapısına) vurublar. "Fiorentina”nın yeganə qoluna isə Milenkoviç imza atıb.


Bu qələbə sayəsində "Yuventus” aktivinə 87-ci xalı yazdıraraq vaxtından əvvəl "Skudetto”nu qazanıb.


Qeyd edək ki, "Yuventus” turnir cədvəlində ən yaxın izləyicisi "Napoli”ni 20 xal qabaqlayır.

Xəbər lenti